"Tarixi abidələrimizə qarşı ölkəmizin öz vətəndaşları tərəfindən vandallıq edilir. Dünən XII əsr abidəsi, Qala divarlarımızın içərisində kimin üçünsə obyekt, gəlir mənbəyi olan bir tikintinin aparıldığını görüb dəhşətə gəlmişəm".
"Yeni Sabah"ın məlumatına görə, bunu jurnalist Aidə Eyvazlı deyib. O bununla bağlı prezidentə müraciət ünvanlayıb:
"Özünüz də gözəl bilirsiniz ki, 27 noyabr - 2 dekabr 2000-ci il tarixində Avstraliyanın Kerns şəhərində keçirilən UNESCO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 24-cü sessiyası çərçivəsində Qız Qalası və Şirvanşahlar Sarayı ilə birgə İçərişəhərin Ümumdünya İrs Siyahısına salınması haqqında məsələyə baxılmış və Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi (Qız qalası və Şirvanşahlar Saryı Kompleksı də daxil olmaqla) Ümumdünya Maddi-Mədəni İrs Siyahısına daxil edilmişdir. UNSCO tərəfindən tarixi abidələrimizin Ümumdünya İrsi siyahısına salınmasında Mehriban Əliyevanın danılmaz rolu var. Biz öz tariximizi qorumalıyıq. Ona sahib çıxmalıyıq. Pepperoni pizza
Mən çox gözəl bilirəm ki, Siz və Mehriban xanım, beynəlxalq müstəvidə siyasi və Vətənimiz üçün həlli vacib məsələlərin istiqamətində işlər görürsünüz. Məni bağışlayın, Sizdən üzr istəyirəm ki, hətta tikinti məsələsinə görə də Sizə müraciət etməli oluruq. Çünki o boyda Qala divarları arasında artıq boz sementdən bir gəlir mənbəyi ucaldılır, bunu isə əlaqədar təşkilatlar və məmurlar görməzdən gəlirlər.
Qız Qalası bizim qız bakirəliyimizdir, Bizim Tariximiz, keçmişimiz və bu günümüzdür!!! Ölkəmizə gələn qonaqlara, turistlərə Qala divarları arasındakı tarixi məkanları və abidələri böyük həvəslə, vüqar hissi ilə göstəririrk. Özünüz də bilirsiniz ki, Qalanın içərisində qədərincə restoranlar, yeyib-içmək yerlləri vardır. Əlbəttə qonaqların və turistlərin Qala divarları arasında dincəlmələri üçün heç bir problem yoxdur. Lakin tarixi abidələr olan məkanlar yeyib-içmək yeri deyil, könlün,zövqün oxşanılması , öyrənmək üçün vacib olan səyahət məkanıdır. Bu tarixi yerlərlə biz öz qədimliyimizi və mədəniyyətimizi sübut edirik!
XII əsr abidəsi, Qala divarlarımızın içərisində baş verən özbaşnalığın dayandırılmasına sərəncam verməyinizi xahiş edirəm!!! Tarixini məhv edən ölkənin, sonra tarixidən danışmağa haqqı olmur. Ona yadellilər yiyələnirlər!!!".
Telegram kanalımız