“Qala Həyat” şirkəti  yeni ofisə köçüb

saytların hazırlanması

Evə çatdırılma

“Qala Həyat” şirkəti yeni ofisə köçüb

İqtisadiyyat

28 Mart 2019 14:43 1124


“Qala Həyat Sığorta Şirkəti” müştərilərə göstərilən xidmətin keyfiyyətini daha da yüksəltmək məqsədi ilə öz fəaliyyətini yeni ofisində davam etdirəcək.   

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, 27 mart 2019-cu il tarixindən etibarən “Qala Həyat Sığorta Şirkəti” ASC Bakı şəhəri, İzmir küçəsi 5A (faktiki ünvan) ünvanında fəaliyyət göstərəcək.  

Əvvəlki ofisdə olduğu kimi, yeni ofisdə də vətəndaşlara həyat sığortasının bütün növləri üzrə xidmətlər göstərilir. “Qala Həyat”ın  xidmət və məhsullarından yararlanmaq istəyən hər kəs həftənin 5 günü səhər saat 09:00-dan 18:00-dək yeni ünvanda yerləşən baş ofisə - İzmir küçəsi 5A ünvanına yaxınlaşa bilər.  Pepperoni pizza

 “Qala Həyat” yalnız paytaxtda Bakıda deyil, “Qala Sığorta” şirkətinin bölgələrdə yerləşən xidmət şəbəkəsi vasitəsi ilə də vətəndaşlara həyat sığortası xidmətləri təklif edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!