“Qalatasaray” yeni transferini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray” yeni transferini açıqladı

İdman

25 Yanvar 2026 20:28 664


“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

"Yeni Sabah" xəbər verir ki, “sarı-qırmızılılar” “Jirona”nın formasını geyinən Yaser Asprilyanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Dominos pizza

22 yaşlı vinger mövsümün sonunadək icarə əsasında İstanbul təmsilçisinin şərəfini qoruyacaq.

Razılaşmaya əsasən, Kolumbiya millisinin üzvü mövsümün qalan hissəsi üçün Super Liqa təmsilçisindən 1,2 milyon avro məvacib alacaq.

Qeyd edək ki, Yaser Asprilya bu mövsüm "Jirona"nın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb./Apasport.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!