“Qalatasaray”ın hücumçusu Sianan Gümüş “Fənərbaxça” ilə oyundan əvvəl “sarı-qırmızılar”a qarşı “Suriyalı” bənzətməsinə görə bir daha üzr istəyib.
“Yeni Sabah” xəbər verir ki, “İnstagram” hesabından UltraAslan azarkeş qrupunun da ona qarşı olan reaksiyalarını paylaşan futbolçu bununla bağlı açıqlama verib. O, açıqlamasında yaşanan hadisəyə görə üzüldüyünü və vicdan əzabı çəkdiyini bildirib:
“O gündən bu yana vicdan əzabı və üzüntüylə yaşayıram. Bəzi şeyləri geri qaytarmaq olmur. Yenə də qırdığım və üzdüyüm hər kəsdən üzr istəyirəm”. Dördpendirli pizza
Telegram kanalımız