Qalibaf yenidən Məclis sədri seçildi

saytların hazırlanması

Evə çatdırılma

Qalibaf yenidən Məclis sədri seçildi

Dünya

25 May 2022 10:56 673


Tehrandan olan deputat Məhəmməd Baqir Qalibaf yenidən İran Məclisinin (parlament) sədri seçilib.

Yenisabah.az IRIB-ə istinadla xəbər verir ki, parlamentin 194 üzvü Qalibafın lehinə səs verib. Onun ən yaxın izləyicisi Morteza Ağa Tehrani 53 səs toplayıb.

Qalibaf ilk dəfə 2020-ci il may ayının sonunda qanunverici orqanın rəhbəri seçilib. Bundan əvvəl o, 2020-ci ilin fevralında keçirilən parlament seçkilərində 1,2 milyon səs toplayaraq paytaxtda toplanan səslərə görə lider olub. Sezar pizza

XI çağırış İslami Şura Məclisi 27 may 2020-ci il tarixində rəsmən fəaliyyətə başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!