“Sabah”ın kapitanı Cavid İmamverdiyev klubun rəsmi saytına açıqlamasında Topaz Premyer Liqanın son turunda evdə "Səbail"i 3:1 hesabı ilə məğlub etdikləri oyunu şərh edib.
“Yeni Sabah” xəbər verir ki, qələbəni şərh edən futbolçu erkən qol buraxsalar da, xarakter göstərərək qalib gəldiklərini bildirib:
“Bizim üçün vacib oyun idi. Bu matçadək olan son 7 qarşlaşmada qalib gələ bilməmişdik. Oyuna yaxşı başlamadıq. Lakin erkən qol buraxsaq da, ruhdan düşmədik. Uşaqlar xarakter nümayiş etdirdilər. Son oyunlarda qalib gələ bilmədiyimizi nəzərə alanda, bu qələbə yerinə düşdü. Qalibiyyətimizə qolla töhfə verdiyimə görə sevinirəm. Bu qələbə bizim üçün əla motivasiya olacaq. Qarşıdakı oyunlara daha həvəslə hazırlaşacağıq”. Marqarita pizza
Telegram kanalımız