Qaliblər mükafatlandırılıb

saytların hazırlanması

Evə çatdırılma

Qaliblər mükafatlandırılıb

Siyasət

05 İyul 2022 17:40 846


Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının qərargahında Xətai Rayon İcra Hakimiyyətinin və  YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Xətai rayonu ərazisində  orta ümumtəhsil məktəblərinin şagirdləri arasında  ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan minifutbol və  şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə qalibləri təbrik edərək  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin bugünümüz üçün yaratdığı möhkəm təməldən geniş söz açıb.

Vüqar Rəhimzadə bildirib ki,  ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü məhz bu tarixi Qələbə ruhunda qeyd etdik. Bununla bağlı  rayon ərazisində Xətai Rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının birgə  təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib. Minifutbol və şahmat  turniri də bu tədbirlər sılsiləsindən idi. Toyuqlu pizza

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov  məktəbliləri qazandıqları qələbə münasibətilə təbrik edib və onlara uğurlarının davamlı olmasını arzulayıb.

Sonda minifutbol və  şahmat turnirinin qaliblərinə hədiyyələr təqdim edilib.    

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!