Qalmaqallı həkim bu xəstəxanada işə başladı -   İddialara cavab vermir

saytların hazırlanması

Evə çatdırılma

Qalmaqallı həkim bu xəstəxanada işə başladı - İddialara cavab vermir

Sağlamlıq

04 Noyabr 2025 13:52 1671


Pasiyentlərinin barəsində çoxsaylı şikayət etdiyi lor həkimi və estetik-cərrah Rəşad Məmmədov yeni xəstəxanada işə başlayıb.

“Yeni Sabah” xəbər verir ki, hazırda o, “Milana Hospital”da çalışır.

Amma həkimin “Instagram” səhifəsində onun əlaqə nömrəsi, qəbul saatı və hazırda çalışdığı klinika barədə heç bir məlumat qeyd olunmayıb. Dominos pizza

Xatırladaq ki, R.Məmmədovun pasiyenti olmuş üç qadının əməliyyat nəticələrindən narazı qalaraq ictimailəşdirdiyi şikayətlərə sonradan daha bir neçə nəfər də qoşulub.

Pasiyentlər əməliyyatlardan sonra həm estetik, həm də sağlamlıqla bağlı ciddi fəsadlarla üzləşdiklərini bildiriblər.

Şikayətçilərin sözlərinə görə, həkim onları müxtəlif klinikalarda - “Vimay”, “İstanbul NS”, “MedEra Hospital” və digər tibb müəssisələrində əməliyyat edib. İddialara əsasən, həkim heç bir klinikada uzun müddət fəaliyyət göstərmir və tez-tez iş yerini dəyişir.

Şikayətlərlə bağlı R.Məmmədovun mövqeyini öyrənmək mümkün olmayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!