Qalmaqallı xanım general nazirliyin 20 əməkdaşını işdən çıxardı   - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Qalmaqallı xanım general nazirliyin 20 əməkdaşını işdən çıxardı - SƏBƏB

Siyasət

21 Aprel 2023 18:57 32757


FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin xeyli sayda əməkdaşı işdən çıxarılıb.

Yenisabah.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, onları işdən FHN-nin Kadr siyasəti Baş idarəsinin rəisi, general-mayor Sevda Şirinova azad edib.

Belə ki, idarənin 20 əməkdaşı guya işlərində verdikləri nöqsanlara görə vəzifələrindən azad ediliblər. 20 əməkdaşdan 3-ü yüksək rütbəli zabit və idarənin vəzifəli şəxsləridir.  Dominos pizza

Məlumata görə, onların işdən çıxarılmasına səbəb toy mərasimində iştirak etmələri olub. 

Dəfərlərlə digər məsələlərlə bağlı FHN-nin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevaya sorğu ünvanlamağımıza baxmayaraq, nə yazılı, də nə də şifahi şəkildə Qaynarinfo-ya cavab verilməyib. Buna baxmayaraq, FHN-nin məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!