“Qaloşunu, corabını cahil insanlara iylətməyə davam edəcək...”

saytların hazırlanması

Evə çatdırılma

“Qaloşunu, corabını cahil insanlara iylətməyə davam edəcək...”

Din

13 İyun 2019 06:54 1476


“Bizim cəhalətə, xurafata qarşı mövqeyimizi əhəmiyyətsizləşdirmək üçün bəziləri maraqlı metod tapıblar. Yazırlar ki, Fazil Mustafa nadanlığa, geriçiliyə qarşı çıxışlar edərkən şiəliyə qarşı qərəzini ortaya qoyur”.

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. O, bildirib ki, İslam dinində hər hansı məzhəbçiliyi və təriqətçiliyi rədd edir, Qurandan başqa mənbə, Məhəmməddən başqa dini avtoritet tanımır. 

“Yəni müsəlmanlığı, onun ilahi kitabını və göndərilmiş peyğəmbərini priorotet olaraq götürürəm. İndi kimə qarşı olmamın bir anlaşılmazlığı varmı? Varsa deyim. İslam dinini qəbul edən ağıllı insanları dəyərləndirirəm, axmaqları da dini nüfuzdan salan elementlər olaraq görürəm.  pizza sifarişi

Bu cür ağıllı insanlar da, bu cür axmaq insanlar da şərti olaraq özlərini sünni, şiə, sələfi, nurçu, vəhabi, talibançı, işidçı, əl-qaidəçi, hizbullaçı adlandırılsa, bizim üçün nə fərq edər? Özünə müsəlman deyən hər kəs daxilən anlayır ki, pirlər, ibadətgahlar, seyidlik, ələmlər, zəncirlər, saqqal-balaq müştəbehliyi, "Allahu əkbər" çağırışı ilə edilən qatilliklər, siğəbazlıqlar kimlər üçünsə hansısa dəyəri ifadə edə bilər, ancaq heç bir halda İslamla, onun yolgöstərən kitabı Quranla əlaqələndirilə bilməz”.

F. Mustafa bildirib ki, İslam elm dinidir, əxlaq dinidir, cəhaləti ona yaramazlar, danabaşlar, geri zəkalılar ayrı-ayrı adətlər, mərasimlər formasında qoşublar: “Bunlardan təmizlənmədikcə hər kəs İslam adına öz qaloşunu, corabını cahil insanlara iylətməyə davam edəcəkdir. Özünə şiə deyən, özünə sünni deyən inanclılar özlərini bir adla-müsəlman kimi tanımayana qədər axmaqcasına bir-birinə kin-küdurət bəsləməyə davam edəcəklər. Ona görə də cəhalətə qarşı mövqeyimizi başqa yerlərə yozmayın, sadəcə səhviniz, yanlışınız, eybiniz varsa, Qurandan mükəmməl mənbə yoxdur, bir də təkrar ora qayıdın, oxuyun, düzəldin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!