“Qanımda zəhərlənmə getmişdi...“ - Yalçın Rzazadə

saytların hazırlanması

Evə çatdırılma

“Qanımda zəhərlənmə getmişdi...“ - Yalçın Rzazadə

Mədəniyyət

12 Noyabr 2020 17:55 1559


"Bir il idi Bakıda deyildim. Vətənə iyun ayında qayıtdım. Orada professor mənə dedi ki, bir neçə gün geciksəydiz, biz heç nə edə bilməzdik. Nə lazımdırsa edəcəyik, amma axırıncı sözü Yaradan deyəcək. Artıq səhhətim yaxşıdır, tələbələrimlə onlayn əlaqə saxlayıram. Mən xoşbəxtəm ki, bir il ərzində çətin günümdə millətimin dəstəyini gördüm".

Yenisabah.az xəbər verir ki, bu sözləri xalq artisti yalçın Rzazadə deyib. Müğənni Teleqraf.com-a açıqlamasında insanların münasibətindən məmnun qaldığını bildirib:

"Milyonlarla insan zəng edib, narahat olduqlarını deyərək ağlayırdı. Eşidirdim ki, məscidlərdə mənim üçün dua edirlər. Sənətkar üçün ən böyük xoşbəxtlik ona millətinin, dövlətinin diqqətidir. Çox ağır günlər keçirdim, amma hər şey geridə qalıb. Müalicəm davam edir. Əsasən, qanımın təmizliyi yoxlanılır. Mənim qanımda zəhərlənmə getmişdi. İndi qanım təmizlənib, nəzarət altında olmalıyam. Türkiyəyə də gedəcəm. Hələ ki, vətənimdəyəm və çox xoşbəxtəm". pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!