Yasamal rayonu Qanlıgöl adlanan ərazidə körpü bina qazıntı işləri ilə əlaqədar sakinlərin evləri qəzalı vəziyyətə düşüb.
Bu barədə “Yeni Sabah”a sakinlər tərəfindən şikayət daxil olub. 1999-cu ildən orada yaşayan Səyyad Məmmədov bildirib ki, evləri qəzalı vəziyyətə düşüb:
“Qazıntı işləri gedirdi. Texnikaları dayandırmışıq. Körpü bina tikintisinin texnikalarıdır. Evlərimiz qəzalı vəziyyətə düşüb. Yamalar qazıblar, hər tərəfi açıqdır. Uşaqlarımız ora düşsə, xəsarət ala bilərlər. Təhlükəsizliyi qorumurlar. Evimizin qəzalı vəziyyətdə olması ilə əlaqədar bu gün Fövqəladə Hallar Nazirliyinə müraciət etmişik. Dedilər ki, gəlib baxacıq, hələ məlumat yoxdur. Sakinlər hamısı etiraza çıxıb. pizza mizza
Dedilər İcra Hakimiyyətindən nümayəndə gələcək. Amma nə İcra Hakimiyyətindən, nə də tikinti tərəfindən gələn var. Burada texnikalara nəzarət edən biri, camaatı sakitləşdirmək üçün ya nə bilmirəm icraya müraciət etdiklərini nümayəndə gələcəyini dedi. İcra hakimiyyətinin maşınları da bir o yandan, bir bu yandan keçir, gəlib baxır ki camaat yığışıb bura. Çıxıb sakinlərlə ünsiyyətdə olmur ki, camaat sözünü desin”.
Yasamal rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüfət Mərdanov “Yeni Sabah”a açıqlamasında bildirib ki, sakinlərin toplanmasından, aksiya haqda xəbəri yoxdur:
“Bu dövlətin layihəsidir, iş gedir. Ora Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) ərazisidir, sosial evlər tikilir. İcradan nümayəndə göndərərik, baxaq görək camaatın şikayəti nədir ”.
Əsmər Qabil
Telegram kanalımız