Qantz: “İranı nüvə silahı yolundan qaytarmaq çətin olacaq“

saytların hazırlanması

Evə çatdırılma

Qantz: “İranı nüvə silahı yolundan qaytarmaq çətin olacaq“

Dünya

17 May 2022 13:45 552


"İran nüvə proqramını inkişaf etdirməyə davam edir və hazırda 1000 nüvə sentrifuqasının tikintisini tamamlayır".

Yenisabah.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz deyib.

Onun bəyanatını İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Dominos pizza

B. Qantz Reyxman Universitetində keçirilən simpoziumda deyib:

“Hazırda İran 1000 ədəd qabaqcıl IR6 sentrifuqasının istehsalı və quraşdırılmasını, o cümlədən Nətənz yaxınlığındakı yeraltı mərkəzdə yeni obyektin tikintisini başa çatdırmaq üçün çalışır”.

İsrail nazirinin sözlərinə görə, Tehranın ilk nüvə bombasını yaratmaq üçün kifayət qədər parçalanan material istehsal etməsinə bir neçə həftə qalır".

 "İran qabaqcıl sentrifuqaların inkişafı, tədqiqi, istehsalı və idarə olunması sahəsində geri dönməz miqdarda bilik və təcrübə toplamağa davam edir", - deyə Qantz vurğulayıb.

Onun sözlərinə görə, bir ildən sonra İranın nüvə silahı əldə etmək yolunda irəliləyişini dayandırmaq indikindən qat-qat çətin olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!