Zaqatala Rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birində qanunsuz olaraq psixotrop tərkibli dərmanların satılması barədə məlumat daxil olub.
DİN-dən “Yeni Sabah” a verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində güclü təsiredici xüsusiyyətə malik “Diazepam” dərman preparatı aşkarlanıb. Qanunsuz olaraq satdığı üçün həmin aptekdə işləyən şəhər sakini X.İsmayılova polis əməkdaşları tərəfindən saxlanılıb.
Əməliyyat-axtarış tədbirləri zamanı aptekdən 437 ədəd və 4 ampula psixotrop dərman preparatları aşkar edilərək götürülüb. pizza mizza
Araşdırma aparılır.
Telegram kanalımız