Qanunsuz silah gəzdirən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz silah gəzdirən şəxs saxlanıldı

Kriminal

19 Fevral 2019 18:18 845


Bakıda üzərində qanunsuz olaraq odlu silah gəzdirən Masallı rayon sakini saxlanılıb.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat həyata keçirilib. Belə ki, Bölmə əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində Masallı rayon sakini Emin Sadıqov polislər tərəfindən şübhəli şəxs qismində Atatürk prosspektində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı Belçika istehsalı olan “Browning” markalı tapança və həmin silaha məxsus 3 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.

E.Sadıqov barəsində 16-cı Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Artıq faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!