Qanunsuz yolla gətirilən telefonlar aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz yolla gətirilən telefonlar aşkarlandı

Kriminal

08 Fevral 2019 18:30 878


Ölkəyə qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən "Yeni Sabah"a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn “Hundai Sonata” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin motor yerindən bir ədəd “Samsung Galaxy J6”, bir ədəd “Redmi Note 6 pro” markalı mobil telefonlar və 5 ədəd mobil telefon qutuları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!