Qanunsuz yolla hacı olmaq istəyən 25 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz yolla hacı olmaq istəyən 25 nəfər saxlanıldı

Din

31 İyul 2020 18:59 1525


Səudiyyə Ərəbistanı polisi və Həcc ziyarətinə nəzarət edən əsgərlər qanunsuz yolla hacı olmaq istəyən 25 nəfəri saxlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı polisindən açıqlama verilib. Bildirilib ki, Həcc ziyarətini yerinə yetirmək üçün Məkkədə olan zəvvarlar səhər saatlarında Müzdəlifədən Mina dağına şeytan daşlamağa yollanıblar.

Koronavirusa qarşı alınmış tədbirlər çərçivəsində Minaya gələn hacı namizədlərinə dezinfeksiya edilmiş daşlar paylanılıb. Qaçaq yolla Ərəfat dağına çıxmaq istəyənlər isə polis və əsgərlər tərəfindən saxlanılıb. Dördpendirli pizza

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin sözçüsü Talal Əl Şalhoub isə qaçaq yollardan Ərəfata çıxanlara icazə verilməyəcəyini bildirmişdi.

Qeyd edək ki, bu il ölkə daxilindən seçilən və əksəriyyəti xarici vətəndaşlar olan 1000 civarında zəvvarın ziyarətdə iştirakına icazə verilib. Hər il isə 25 minə yaxın zəvvar hacı adını qazanırdı.  /Qaynarinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!