Qanunsuz yolla ölkəyə siqaret keçirilməsinin qarşısı alınıb

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz yolla ölkəyə siqaret keçirilməsinin qarşısı alınıb

Kriminal

12 Fevral 2019 16:34 1070


Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, axtarış zamanı avtomobildən tütün məmulatı tapılıb.

Komitədən verilən məlumata görə, baxışdan əvvəl şifahi sorğu-sual edilən vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan hər hansı predmetin olmadığını bildirib.  Yoxlama zamanı avtomobilin yük yerində gizlədilən, üzərində "King" yazısı olan 3400 ədəd tütün məmulatı aşkarlanıb. Marqarita pizza

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!