“Qapını açanda görüblər ki, uşaq oradadır, kül vəziyyətindədir” - Siyəzəndəki hadisənin TƏFƏRRÜATI

saytların hazırlanması

Evə çatdırılma

“Qapını açanda görüblər ki, uşaq oradadır, kül vəziyyətindədir” - Siyəzəndəki hadisənin TƏFƏRRÜATI

Hadisə

26 Dekabr 2025 01:26 1089


Siyəzəndə üç yaşlı uşaq avtomobildə baş verən yanğın nəticəsində həyatını itirib. Hadisə rayonun Böyük Həmyə kəndində qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, ailə yaxını hadisənin təfərrüatı barəsində danışıb.

"Maşın çöldə olub, Hüseynağa orada işləyirmiş. Ona bolt lazım olub, öz həyətlərindəki zirzəmiyə düşüb. Cəmi 3-4 dəqiqənin içində qayıdanda görüb ki, maşının içi tüstüdür. Qabaq qapını açıb - uşaq orada oturubmuş amma görüb ki, uşaq orada yoxdur, maşın alovlanıb. pizza sifarişi

Dəhşətli alov olub. Orada tapa bilməyib, keçib arxa tərəfləri axtarıb, görüb ki, orada da yoxdur. Axırda şüşəni vurub qırıb ki, o biri qapını açsın. Bu zaman əli də sınıb, yanıb. Əllərində yanıq xəsarətləri var. Qonşuların və xalam oğlunun köməyi ilə qapını açıblar. Açanda görüblər ki, uşaq oradadır, kül vəziyyətindədir".

Daha ətraflı İTV-nin videomaterialında:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!