Qar bu yollarda vəziyyəti ağırlaşdırıb: Xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Qar bu yollarda vəziyyəti ağırlaşdırıb: Xəbərdarlıq

Avto

12 Mart 2022 12:09 6280


Ötən gündən yağan yağışın axşam saatlarından başlayaraq əsasən respublikanın dağətəyi rayonlarında gözlənilmədən qara və sulu qara keçməsi avtomobil yollarında bir sıra çətinliklər yaradıb.

Baş Dövlət Yol Polisi İdarəsindən “Yeni Sabah”a daxil olan xəbərə görə, respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki, Muğanlı-İsmayıllı, eləcə də Bakı-Şamaxı-Yevlax, Şəki-Qax və Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yollarında qarın yaratdığı fəsadların aradan qaldırılması üçün dərhal əraziyə DİN BDYPİ-yə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının əməkdaşları cəlb edilib.

Aidiyyəti taqımların əməkdaşları yol təsərrüfatı işçiləri ilə birgə gecədən başlayaraq səhər saatlarınadək xüsusi texnika cəlb etməklə yolun qardan təmizlənməsi üçün tədbirlər görüb, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərilib. Sezar pizza

Hazırda yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yaranmış məhdudiyyətlərin aradan qaldırılması istiqamətində tədbirlər davam edir.

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək qəzaların və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, Baş DYP İdarəsi hərəkət iştirakçılarına, xüsusilə sürücülərə müraciət edərək zəruri ehtiyyat tədbirləri görməyi xahiş edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!