Qar nə vaxt kəsəcək? -   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Qar nə vaxt kəsəcək? - AÇIQLAMA

Sosial

11 Fevral 2026 10:26 498


Azərbaycanda müşahidə olunan yağıntının fevralın 11-i axşam saatlarından etibarən tədricən kəsiləcəyi gözlənilir.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 12-13-də isə havanın mülayimləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Pepperoni pizza

Məlumata görə, yaxın günlərdə temperaturun yüksəlməsi gözlənilir. Sinoptiklərin açıqlamasına əsasən, hava şəraitində sabitləşmə tendensiyası müşahidə olunacaq.

Qeyd edək ki, son günlər ölkənin bir sıra ərazilərində yağıntılı və qeyri-sabit hava şəraiti hökm sürür.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!