Qar yağdı -   Xaricilər köməksiz vəziyyətdə qaldı

saytların hazırlanması

Evə çatdırılma

Qar yağdı - Xaricilər köməksiz vəziyyətdə qaldı

Hadisə

09 Mart 2026 11:31 355


Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü yağıntılar səbəbindən Xızı rayonunun Fındığan kəndi yaxınlığında dağlıq ərazidə 3 nəfərin avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə “Yeni Sabah”a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış üzrə cəlb olunub. Sezar pizza

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, içərisində 3 nəfər xarici ölkə vətəndaşının olduğu “Toyota Prado” markalı minik avtomobili yoldan çıxıb palçıqda batıb və vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi təyinatlı nəqliyyat vasitəsilə vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!