Qara çörəyin insan üçün təhlükəsi

saytların hazırlanması

Evə çatdırılma

Qara çörəyin insan üçün təhlükəsi

Sağlamlıq

06 Dekabr 2020 09:38 1491


Qara çörək bir çox mütəxəssislər tərəfindən ikinci növ diabet zamanı ağ çörəyin əvəzinə istifadə üçün tövsiyə olunur.

Bununla belə, dietoloq Maykl Mosli bu məhsulu seçərkən ehtiyatla davranmağın lazım olduğunu bildirib.

Yenisabah.az-ın məlumatına görə, ekspert qeyd edib ki, bu çörəyin bəzi növləri qanda şəkərin artmasına səbəb olur. Dördpendirli pizza

Mütəxəssisin iddiasına görə, mağazalarda satılan qara çörəyin bir çox növləri onun dadını yaxşılaşdıran və qanda şəkərin səviyyəsini yüksəltməyə qadir olan müxtəlif əlavələrdən ibarətdir.

Onun fikrincə, diabetdən əziyyət çəkən insanlara çörəkdən qida kimi istifadə etməmək daha faydalıdır. Ekspert bunun əvəzinə buğdadan - bulqurdan, çovdardan, arpadan, qarabaşaqdan, həmçinin paxladan istifadəni tövsiyə edir.

Bu qidalar şəkərdəki kəskin enib-qalxmaya maneə törədən kompleks karbohidratlar və bağırsağın mikroflorasını dəstəkləyən liflərdən ibarətdir. Şirniyyat, tort, meyvə şirəsi və qazlı içki istehlakını minimuma endirmək olduqca vacibdir. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!