Qara dəliyin şəkli tarixdə ilk dəfə çəkildi

saytların hazırlanması

Evə çatdırılma

Qara dəliyin şəkli tarixdə ilk dəfə çəkildi

Dünya

11 Aprel 2019 03:32 1535


Astrofiziklər ilk dəfə olaraq "qara dəlik" adlanan və uzaq qalaktikada yerləşən astronomik obyektin təsvirini əldə edə biliblər.

"Monster" (əjdaha) adı verilmiş həmin qara dəliyin diametri 40 milyard km təşkil edir - bu, Yer planetinin ölçüsündən 3 milyon dəfə çoxdur.

Qara dəlik Yerdən 500 milyon trilyon km uzaqlıqdadır və onun fototəsviri dünya boyu yerləşən və 8 teleskopdan ibarət şəbəkə vasitəsilə alınıb. Pepperoni pizza

Hadisə barədə ətraflı məlumat Astrophysical Journal Letters elmi jurnalında bu gün dərc olunub.

Eksperimenti təklif etmiş, Hollandiyanın Radboud Universitetindən professor Heino Falcke BBC News proqramına bildirib ki, qara dəlik M87 qalaktikasında aşkar olunub.

"Gördüyümüz obyektin ölçüsü bizim Günəş Sisteminin ölçüsünü üstələyir, - o deyib. -Onun kütləsi Günəşin kütləsindən 6,5 milyard dəfə çoxdur. Fikrimizcə, bu, mövcud olan qara dəliklərin ən ağırıdır. Əsl əjdahadır, kainatdakı qara dəliklər arasında çempiondur".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!