Ukrayna Silahlı Qüvvələri və Baş Kəşfiyyat İdarəsi Qara dənizdə Rusiyanın “Sezar Kunikov” hərbi desant gəmisini vurub.
Yenisabah.az “RBK-Ukraina”ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında olub.
“Sezar Kunikov” gəmisi 1986-cı il sentyabrın 30-da istismara buraxılıb, Polşanın Qdansk şəhərində tikilib. Gəminin uzunluğu 112,5 m, eni 15 m. 2 dizel mühərriki, 2X 10500 at gücündə, heyət üzvlərinin sayı 87 nəfərdir. pizza hut
Gəmi Novoozernoye şəhərində yerləşən Dəniz Desant Qüvvələrinin 39-cu diviziyasının 197-ci desant gəmiləri briqadasına daxil edilib.
Telegram kanalımız