Qara görə 4 maşın toqquşdu

saytların hazırlanması

Evə çatdırılma

Qara görə 4 maşın toqquşdu

Kriminal

17 Fevral 2019 17:50 1006


Qobustanda 4 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Zəncirvari yol qəzası Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayon Nərmankənd ərazisində baş verib.

İlkin məlumatlara görə, yolun qarlı və dumanlı olması səbəbindən Şamaxı istiqamətində hərəkətdə olan Ford markalı avtomaşın yolda olan beton arakəsməyə dəyərək əzilib. Avtomobili ərazidən götürməyə gələn evakuator hadisə yerində dayanan zaman, "Opel" və "Lada" markalı iki minik avtomobili arxadan ona çırpılıb. Nəticədə maşınların 4-ü də əzilib. Qəza zamanı Şəki rayon sakini 28 yaşlı Mirhəmədov Rövşən Hacı oğlu xəsarət alıb. Dominos pizza

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!