Qara pişiyin ətini qaynadıb suyunu içirlər   - Koronavirusdan belə qorunurlar

saytların hazırlanması

Evə çatdırılma

Qara pişiyin ətini qaynadıb suyunu içirlər - Koronavirusdan belə qorunurlar

Maraqlı

24 Aprel 2020 17:37 1716


Vyetnamda qara pişiklər koronavirusa qarşı mübarizədə istifadə olunur. Belə ki, virusdan qurtulmaq üçün burada onların əti qaynadılaraq istifadə olunur. 

Yenisabah.az xəbər verir ki, bu barədə "The No To Dog Meat" Vəqfi məlumat yayıb. İt və pişik ətinin ticarətinə qarşı mübarizə aparan qurum ölkədə qara pişiklərin öldürüldüyünü, dərisinin soyulduğunu diqqətə çatdırıb. Bildirilib ki, burada pişiyin əti qaynadılır və bu prosesdən sonra əldə olunan maye koronavirusa qarşı vasitə kimi istifadə olunur. Vəqf bu prosesin əsasən, paytaxt Hanoyda həyata keçirildiyini və mayenin internetdə də satıldığını iddia edib. Təşkilatın qurucusu Culiya de Kadenet "müalicə" adı altında heyvanların öldürülməsinə etiraz edib. Onun sözlərinə görə, it, pişik və eqzotik heyvan ətləri Vyetnamda geniş istehlak edilir. 

Qeyd edək ki, COVİD-19 daşıyıcılarının 268 nəfər olduğu Vyetnamda ölüm hadisəsi olmayıb.  Dördpendirli pizza

Sayad Həsənli

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!