Qara Qarayevin 101-ci ildönümüdür

saytların hazırlanması

Evə çatdırılma

Qara Qarayevin 101-ci ildönümüdür

Sosial

05 Fevral 2019 22:53 1049


Fevralın 5-də dahi Azərbaycan bəstəkarı, Dövlət mükafatı laureatı Qara Qarayevin anadan olmasının 101-ci ildönümündə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət ediblər.

“Yeni Sabah” xəbər verir ki, bəstəkarın xatirəsi ehtiramla yad olunub, məzarı önünə əklil qoyulub, tər çiçəklər düzülüb.

Anım mərasimində çıxış edən Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə görkəmli bəstəkar, pedaqoq və ictimai xadimin həyat və yaradıcılığı haqqında danışaraq ürək sözlərini, xatirələrini bölüşüb. Vurğulayıb ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir. Marqarita pizza

Bəstəkar Elnarə Dadaşova çıxışı zamanı diqqətə çatdırıb ki, Qara Qarayevin melodiya, ritm, musiqi forması sahəsində axtarışları Azərbaycan xalqının musiqi təfəkkürü xüsusiyyətlərinə, eləcə də ötən əsrlərin dünya bəstəkarlıq məktəbləri və musiqi cərəyanlarının ən yaxşı nümunələrinə əsaslanır.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusifli bildirib ki, musiqi sənətinin demək olar ki, bütün janrlarına müraciət etmiş bəstəkarın əsərləri dünyada şöhrətqazanıb, baletləri keçmiş SSRİ-nin və bir çox dünya teatrlarının səhnəsində tamaşaya qoyulub.

Mərasimdə bəstəkarın ailə üzvləri – Xalq artisti, professor, bəstəkar Fərəc Qarayev, Züleyxa Qarayeva-Bağırova, Mədəniyyət Nazirliyinin əməkdaşları, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi, Bəstəkarlar İttifaqı və musiqi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!