Topaz Premyer Liqasının 25-ci turunda keçirilən “Qarabağ” – “Keşlə” (3:0) oyunu qonaqların böyükhesablı məğlubiyyəti ilə başa çatıb.
“Keşlə”nin müdafiəçisi Cabir Əmirli “Yeni Sabah”a açıqlamasında qapıçı Şahin Zəkiyevin zədələndiyi və bundan sonra da Ağdam klubunun fərqləndiyi epizodda cərimə zərbəsi verilməli olduğunu söyləyib:
“Mahir Mədətovun zərbəsindən sonra qapıçımız zədələndi və vəziyyəti pisləşdi. Ondan sonra məncə, cərimə zərbəsi olmalı idi. Çünki o zərbədən sonra qapımızda ikinci cəhddə qol gördük. Penalti epizoduna gəlincə isə, ola da bilərdi, olmaya da. Bu hakimin qərarı idi”. Marqarita pizza
Son oyunlarda məğlubiyyət seriyası davam edən “Keşlə”dən danışan futbolçu komanda da qalibiyyət üçün nəyinsə çatışmadığını deyib: “Bütün komandalarda bu olur. Bir qara zolağa düşürsən, indi oradan çıxmaq lazımdır. Nə qədər çalışsaq da, komanda da nəsə çatışmır. Sona qədər vuruşuruq, lakin alınmır”.
Naibə Məmmədova
Telegram kanalımız