Azərbaycan çempionu "Qarabağ” üç legioner futbolçusu ilə yollarını ayırıb.
"Yeni Sabah" klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu bu mövsüm bitdikdən sonra üç legioneri yollayıb.
Bunlar polşalı Yakub Jezniçak, isveçrəli İnnosent Emeqara və braziliyalı Reynaldodur. Jezniçakın bitən müqaviləsi yenilənməyib. Emeqara və Reynaldonun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Pepperoni pizza
Telegram kanalımız