“Qarabağ” Bilbaoda dəstəksiz qalmayacaq

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” Bilbaoda dəstəksiz qalmayacaq

İdman

20 Oktyabr 2025 15:21 521


UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Atletik"in qonağı olacaq "Qarabağ" bu gün İspaniyaya yollanacaq.

Yenisabah.az xəbər verir ki, komanda saat 18:00-da çarter reysi ilə səfərə çıxacaq.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı oktyabrın 21-də saat 18:45-də  (Bakı vaxtı ilə 20:45) olacaq. Dominos pizza

Bilbao təmsilçisi oyun üçün "Qarabağ"a 600 bilet ayırıb. Artıq 400-ə yaxın bilet satılıb.

Oktyabrın 22-də Bilbadakı “Estadio de San Mamés"də keçiriləcək "Atletik" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!