“Qarabağ” bu gün liqa mərhələsində növbəti oyununu keçirəcək.
"Yeni Sabah" xəbər verir ki, son ölkə çempionu V turda İtaliyada “Napoli”nin qonağı olacaq.
“Dieqo Armando Maradona” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq. Dominos pizza
Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.
İlk 4 turdan sonra 7 xalı olan “Qarabağ” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Napoli” isə 4 xalla 24-cü sırada yer alıb.
Telegram kanalımız