“Qarabağ” bu gün “Napoli” ilə qarşılaşacaq

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” bu gün “Napoli” ilə qarşılaşacaq

İdman

25 Noyabr 2025 09:10 824


Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Qarabağ” növbəti oyununa çıxacaq.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan təmsilçisi İtaliyanın “Napoli” klubu ilə qarşılaşacaq.

Görüş “Stadio Diego Armando Maradona” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Dördpendirli pizza

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu dekabrın 10-da öz meydanında “Ayaks” klubuna qarşı keçirəcək.

Xatırladaq ki, Azərbaycan çempionu UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi 4 görüşdən sonra yeddi xalla 15-ci pillədə qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!