“Qarabağ” - “Çelsi” oyunu bu stadionda keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” - “Çelsi” oyunu bu stadionda keçiriləcək

İdman

07 Oktyabr 2025 01:43 1150


UEFA Çempionlar Liqasının Liqa mərhələsində çıxış edən "Qarabağ" klubunun "Çelsi" ilə qarşılaşmasını Bakı Olimpiya Stadionunda keçirməyi planlaşdırdığı barədə iddialar yayılıb.

Yenisabah.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

"Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev açıqlamasında bildirib ki, iddialar əsassızdır. Toyuqlu pizza

"Oyunlar Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək", - deyə o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl "Qarabağ" Avropa kuboklarında bəzi matçlarını Bakı Olimpiya Stadionunda keçirsə də, hazırda komanda ev oyunlarını ənənəvi olaraq Tofiq Bəhramov adına Respublika Stadionunda oynayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!