UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turu çərçivəsində keçirilmiş "Qarabağ" - "Çelsi" oyununda maraqlı statistika qeydə alınıb.
Oxu.Az ESPN UK-ya istinadən xəbər verir ki, qarşılaşmada topun oyunda olduğu müddət diqqət çəkib.
Belə ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş görüşdə top oyunda cəmi 46 dəqiqə 11 saniyə olub. Dördpendirli pizza
Halbuki matç əsas vaxta artırılmış dəqiqələrlə birlikdə 98 dəqiqə davam edib.
Xatırladaq ki, "Qarabağ" - "Çelsi" matçı 2:2 hesabı ilə başa çatıb.
Telegram kanalımız