Bu gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 6-cı turuna yekun vurulub.
"Yeni Sabah" xəbər verir ki, “Qarabağ” Bakıda "Ayaks"la qarşılaşıb. Ağdam təmsilçisi Niderland klubuna 2:4 hesabı ilə uduzaraq cari mərhələdə 3-cü məğlubiyyətini alıb.
Aktivində 2 qələbə və 1 heç-heçə olan Qurban Qurbanovun komandası hazırda sıralamada 7 xalla 22-cidir. "Qarabağ" Liqa mərhələsinin son iki görüşündə əvvəlcə "Ayntraxt" (Almaniya), sonra isə "Liverpul"la (İngiltərə) qarşılaşacaq. Pepperoni pizza
Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.
Telegram kanalımız