Qarabağ döyüşçüsündən Əli Hüseynliyə cavab: “Sən harda idin?”

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ döyüşçüsündən Əli Hüseynliyə cavab: “Sən harda idin?”

Siyasət

03 Fevral 2019 15:29 1203


Keçmiş Qarabağ döyüşçüsü Vaqif Əlisoy millət vəkili Əli Hüseynlinin parlamentdə etdiyi qalmaqallı çıxışına sərt reaksiya verib.

“Yeni Sabah” xəbər verir ki, o sosial şəbəkədə verdiyi cavabda millət vəkilini debata çağırıb: “1992-ci ilə qədər Azərbaycan şəhid verməyib? Mən burdan Qarabağdan MM-də əyləşən deputatlara səslənirəm. Orda niyə oturmusunuz? Bu Qarabağlılara təhqir deyilmi? 1988-dən Qarabağ camaatının nələr çəkdiyini Əli Hüseynov bilmir, bəs siz? 1992-ci ilə qədər şəhid verməmişik? Əlimizdən ov tüfəngini də alıb bizi erməni - rus qarşısında əliyalın qoyan kim idi? Qarabağın qeyrətli oğullarını rusa satıb KQB zindanlarında atanlar kim idi? 

Bir Allah şahiddir ki, özümü güclə saxlayıram. Əli Hüseynova bir də səslənirəm. Bu münaqişə başlayanda sən harda idin? Özümdən danışacağam. Həmin vaxt mən sevimli müəllim peşəmi atıb qeyrətli oğulları başıma toplayıb rus - erməniyə qarşı döyüşdüm. Həbsə girdim, ən yaxın qohumlarımı, dostlarımı itirdim. Bəs sən nə itirmisən? Harda idin? Qoyub qaçdığın dediyin tək Ağdam 6000 min şəhid verib. Ayıb deyilmi? Unutma, cənab deputat, sənin yazdıqlarını erməni də oxuyur. Ağdamlı Camal Əhmədovun məşhur bir sözünü sənə xatırladıram: "Kim bizi - Qarabağlıları qınayırsa, elə bizim günümüzə düşsün". Pepperoni pizza

Amma unutma , cənab deputat, bu fikirlə tək Qarabağ camaatını deyil , o torpaq uğrunda şəhid və əlil olan bütün qeyrətli Azərbaycan oğullarını təhqir etmisən. Üzr itəmək fikrinə də düşmə. 25 ildir Qarabağ camaatı bunları eşidir və zamanında cavab verəcək. Səni isə teledebata dəvət edirəm. Gəl mənə dediklərini sübüt et. Sənə sübut edəcəyəm ki, bu çıxışınla ölkədəki sabitliyə təhlükə yaradanlardansan. Qarabağlılar bu dövlət yolunda minlərlə şəhid verib və dövlətçiliyin nə olduğunu səndən yaxşı bilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!