Qarabağ ekoturizm mərkəzinə çevriləcək

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ ekoturizm mərkəzinə çevriləcək

Turizm

06 Dekabr 2020 08:42 1835


"Dağlıq Qarabağ böyük turizm potensialına malikdir".

Yenisabah.az xəər verir ki, bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə heyətinin sədri Samir Dübəndi deyib.

Onun sözlərinə görə, Qarabağ regional əhəmiyyətli, daha sonra dünya əhəmiyyətli ekoturizm mərkəzinə çevriləcək: Dominos pizza

"Azad edilmiş ərazilərdə itirilmiş kommunikasiya infrastrukturunun bərpasından sonra biznes üçün, o cümlədən turizmin inkişafı üçün əlverişli mühitin yaradılması planlaşdırılır".

S.Dübəndi bildirib ki, Qarabağda ekoturizm fəaliyyəti yüksək sürətlə inkişaf edəcək:

"Ekoturizm bu ərazilərin gələcəyidir, çünki buralar təbii ehtiyatlarla zəngindir. Bu ərazilərdə həm də müxtəlif növ ekstremal turizm, aqroturizm, yaşıl turizm, piyada gəzintilər, göbələk turları təşkil etmək olar".

Ekstremal turizmin inkişafından danışan Assosiasiya sədri vurğulayıb ki, raftinq, qayayadırmanma, alpinizm və yelkən idmanı növlərinin inkişafı nəzərdən keçirilir. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!