İkinci Qarabağ müharibəsi və 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatları zamanı Qarabağı könüllü surətdə tərk edən ermənilərin Ermənistan hakimiyyəti tərəfindən ödənilməli olan pensiya və sosial müavinətləri sentyabr ayından bəri ödənilmir.
Yenisabah.az xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.
Erməni nəşri yazır ki, bu gün saat 12:00-da bir qrup “Qarabağ ermənisi pensiyalarının ödənilməsini tələb edərək Ermənistan Əmək və Sosial İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirəcək. Onlar tələb və şikayətlərlə nazirliyə müraciət edəcəklər. pizza sifarişi
Xatırladaq ki, sentyabr əməliyyatlarından sonra Ermənistana qaçan separatçı rejim nümayəndələri ilə Paşinyan hakimiyyəti arasında gərginlik səngimək bilmir. Belə ki, özünü buraxmış qondarma rejimin “prezidenti” Samvel Şahramanyanın Ermənistan hakimiyyəti ilə bağlı sərt çıxışları, o cümlədən onun “Armenia Marriot” otelində bölücü həmkarları ilə keçirilən görüşdə qondarma “Artsax”ın “mühacirət hökuməti”nin yaradılması ilə bağlı səsləndirdiyi sərsəm bəyanatları İrəvanı Qarabağdakı qondarma qurumla bağlı məsələdə sərt tədbirlər görməyə vadar edib.
Qəzet yazır ki, iqtidar hər nə qədər Qarabağ ermənilərinin sosial təminatı ilə bağlı bir sıra öhdəlikləri üzərinə götürdüyünü desə də, Baş nazir Paşinyan özünə əks olan klan üzvlərini bir-bir sıradan çıxarmağı qarşısına məqsəd qoyub. Onun qondarma rejimin “dövlət büdcəsi”ndən yanvarın 1-nə qədər ayrılan müavinətlərin verilməsinnə qadağa qoyması isə tərəflər arasında gərginliyi bir xeyli artırıb. Erməni analitiklərin fikrincə, Paşinyan bununlada Ermənistandakı separatçı rejimi tərəfdarlarının əl qolunu bağlamaq niyyətindədir.
Analitiklər münasibətlərin getdikcə gərginləşəcəyini, hətta qarşıdurma həddinə çatacağını proqnozlaşdırırlar.
Rafi MÜSLÜMOV
Telegram kanalımız