Qarabağ erməniləri ilə Bərdədə görüş - İlkin mərhələdə...

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ erməniləri ilə Bərdədə görüş - İlkin mərhələdə...

Siyasət

22 Avqust 2023 18:44 5934


"Qarabağdan ermənilərin kütləvi köçü gözlənilən idi. Çünki, oradakı separatizmi dəstəkləyənlər Azərbaycanın tərkibində yaşamaqdan imtina edirlər. Bu gün Qarabağı tərk edən qadınlardan birinin "Miatsum"u simvorilizə edən əl çantasını nümayişkarana şəkildə göstərməsi bunu göstərir".

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloq bildirib ki, Azərbaycan Qarabağı tərk edənlərə tam şərait yaradır:  pizza hut

"Hətta öz şəxsi avtomobilləri ilə gedənlərə də şərait yaradılmalıdır. Qarabağda erməni gənclər və gənc ailələr Qarabağı tərk edəcək. Xankəndidə oturan separatçı rejimin başçısı Araik Arutunyan təşviş içindədir. Separatçılardan ibarət "təhlükəsizlik şurasının" iclasını keçirib. Azərbaycanla Bərdə şəhərində danşıqlar aparmaq və Ağdam-Xankəndi yolundan istifadə edərək yüklərin daşınmasında maraqlı olduğu erməni mətbuatinda yer alıb.

Qeyd edim ki, separatçıların nümayəndəsi Samvel Babayan ötən günlərdə BBC radiosuna müsahibəsində Əsgəranda lojistik mərkəzin qurulması və malların Ağdamdan gətirilərək burada toplanması və sonra paylanmasıni təklif etmişdir. Ola bilər, belə bir təklif reallaşsın".

"Qarabağdan ermənilərin kütləvi surətdə köçünə şərait yaradılması davam etdirilməlidir. Bundan sonra, Xankəndidə separatçılar da reallıqları qəbul etməyə məcbur olacaqlar. Demək olar ki, Rusiyanın Ruben Vardanyan və N. Paşinyanın "status" planları fiaskoya uğrayıb. Getdikcə köç intensiv xarakter aldıqdan sonra kəndlər boşalacaq.

Əgər, Bərdə də görüş baş tutarsa, ilkin mərhələdə Xankəndi-Agdam yolu ilə yüklərin daşınması razılıq əldə edilə bilər. Növbəti danışıqlar baş tutarsa, silahlı erməni qüvvələrinin çıxarılması tələb edilməlidir. Əgər, ermənilərin Qarabaği kütləvi köçü davam edərsə, Ermənistanda məcbur qalıb, Azərbaycanla sülh müqaviləsinin bağlanmasına gedəcək", - politoloq şərhini yekunlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!