“Qarabağ” - “Ferentsvaroş” oyununa 30 minə yaxın bilet satıldı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” - “Ferentsvaroş” oyununa 30 minə yaxın bilet satıldı

İdman

23 Avqust 2025 17:12 443


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununa satılan bilet sayı açıqlanıb.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin "Report"a verdiyi məlumata görə, qarşılaşmaya 30 minə yaxın bilet satılıb.

Yaxın müddət ərzində biletlərin tükənməsi istisna edilmir. Toyuqlu pizza

Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 3:1.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!