“Qarabağ” futbolçularına mükafat verdi - MƏBLƏĞ

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” futbolçularına mükafat verdi - MƏBLƏĞ

İdman

07 Noyabr 2025 19:12 1086


"Qarabağ" rəhbərliyi Çempionlar Liqasının 4-cü turunda "Çelsi" ilə 2:2 hesablı heç-heçə edən komandanı mükafatlandırıb.

"Yeni Sabah" Sportinfo.az-a istinadən xəbər verir ki, qələbə halında futbolçulara 120 min manat, heç-heçə olacağı təqdirdə 65-70 min manat civarında mükafat vəd edən rəhbərlik sərgilənən oyundan olduqca razı qalıb.

Bu səbəbdən əsas heyətdə meydana çıxanların hər birinə 70 min manat mükafat ayrılıb. Sonradan meydana çıxanlar bu məbləğin yarısına sahiblənəcək. Ehtiyatda qalanlar isə göstərilən rəqəmin 25-30 faizi qədər irəli düşəcək. pizza mizza

Cari mövsümdə ÇL-də 2 qələbə qazanan Ağdam təmsilçisi "Benfika" zəfərinə görə oyunçularına 100 min manatın üstündə ödəmə edib. "Kopenhagen" qalibiyyəti isə onları 70 min manatdan artıq irəli salıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!