Xəbər verdiyimiz kimi Qarabağ Komitəsinin (QK) 16 fevralda keçirməyi planlaşdırdığı “Qarabağa azadlıq!” mitinqinə icazə verilməyib. Bakı Şəhər İcra Hakimiyyəti komitənin müraciətini fevralın 12-də cavablandırıb. BŞİH təşkilatçılara göndərdiyi məktubda aksiyanın məqsədəuyğun hesab edilmədiyini bildirib.
Məsələ ilə bağlı Qarabağ Komitəsinin təsisçilərindən olan AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, bu gün komitənin idarə heyətinin və komitənin ümumi yığıncağı keçirilib:
“Bu gün mitinq məsələsi geniş müzakirə olundu. BŞİH-nin qanuna uyğun olmayan və siyasi baxımdan qüsurlu və absurd cavab məktubu şiddətlə qınandı. Bu cavab məktubundakı "Qarabağın azadlığına qanuni yolla nail olunmağa çalışır" fikri isə ümumiyyətlə, heç bir hüquqa sığmayan sərsəmləmə kimi dəyərləndirildi”. pizza sifarişi
T.Abbaslı qeyd edib ki, martının 16-na eyni şüarlarla və eyni məkana növbəti mitinq üçün BŞİH-nə yenidən müraciət ünvanlanacaq:
“Həmçinin əgər, bu dəfə də qanunsuz olaraq mitinqə razılıq verilməyəcəyi təqdirdə razılaşdırılmamış aksiyaların keçirilməsi də müzakirə oluna bilər. Zatən bu günki iclasda da bununla bağlı kifayət qədər çox fikir səsləndirildi. Hakimiyyət Qarabağ Komitəsinin bu müraciətlərinə daha həssas yanaşmalı və xalqın bu mövzudakı mövqeyini mitinqlərdə sərgiləməsinə mane olmamalıdır”.
Qeyd edək ki, QK-nın artıq üçüncü dəfədir ki, mitinq müraciətlərinə mənfi cavab verilib. Ötən il sentyabrın 29-da komitə mitinq keçirməyə nail olsa da, ondan sonra 24 noyabr və 15 dekabrda mitinq icazəsi üçün etdiyi müraciətlərə BŞİH rədd cavabı verib.
Günay Rəsulqızı
Telegram kanalımız