Qarabağ Komitəsi meriyadan 50 min təzminat tələb edir

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ Komitəsi meriyadan 50 min təzminat tələb edir

Siyasət

15 Mart 2019 16:01 888


Qarabağ Komitəsi Bakı şəhər icra hakimiyyətindən mənəvi zərərə görə 50 min manat kompensasiya tələb edib.

Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Qarabağ Komitəsinin Bakı şəhər icra hakimiyyətinə qarşı iddiasına baxılıb. Miminat Hacıyevanın sədrliyi ilə keçirilən məhkəmədə 16 fevral mitinqi üçün müraciət edən bir qrup Qarabağ Komitəsi üzvünün Bakı şəhər İcra hakimiyətinin “Erməni işğalına son”, “Qarabağa azadlıq” şüarları ilə planlaşdırılan mitinqin qadağan edilməsi qərarından şikayətinə baxılıb. İddiada Bakı şəhər icra hakimiyyətinin qərarının qanunsuz və əsassız sayılaraq ləğv edilməsi, sərbəst toplaşma azadlığının kobud şəkildə pozulması faktının məhkəmə qərarı şəklində qeydə alınması və mənəvi zərərə görə AR Silahlı Qüvvələrinə yardım Fonduna və şəhid ailələrinin hesabına köçürülməsi şərtilə 50 min manat kompensasiya ödənilməsi barədə qərar çıxarılması tələb edilib. Məhkəmə prosesində iddianı Pənah Hüseyn və Əvəz Zeynallı müdafiə ediblər. Bakı şəhər icra hakimiyyətinin Fuad adlı nümayəndəsi çıxış edib. Pənah Hüseynin, Əvəz Zeynallının çıxışlarından sonra Bakı şəhər icra hakimiyyətinin nümayəndəsi çıxış edib və ona suallar ünvanlanıb.

Məhkəmə baxışı 27 mart 2019-cu il, saat 09.00-da davam etdiriləcək. Dominos pizza

Xural.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!