“Qarabağ”– “Kopenhagen” oyununun biletləri satışa çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”– “Kopenhagen” oyununun biletləri satışa çıxarıldı

İdman

25 Sentyabr 2025 15:32 484


UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Kopenhagen" qarşılaşmasının biletləri satışa təqdim olunub.

Yenisabah.az xəbər verir ki, standart biletlərin qiyməti 5, 10, 30, 40, 50 və 75 manat təşkil edir. VIP sektorlar üçün 150, 200 və 250 manat, VVIP sektorlar üçün isə 500 manat müəyyən edilib.

Azarkeşlər biletləri yalnız iTicket.az mobil tətbiqi vasitəsilə əldə edə bilərlər. Onlayn alış zamanı problem yaranarsa, iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı "Qarabağ" Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət etmək mümkündür. pizza mizza

Qeyd edək ki, görüş oktyabrın 1-də saat 20:45-də start götürəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!