“Qarabağ məsələsində bitərəf ola bilmədiniz” - Çavuşoğlu NATO toplantısında bəzi ölkələri tənqid etdi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ məsələsində bitərəf ola bilmədiniz” - Çavuşoğlu NATO toplantısında bəzi ölkələri tənqid etdi

Siyasət

02 Dekabr 2020 19:25 1119


“Qarabağ məsələsində bitərəf ola bilmədiniz”.

Yenisabah.az xəbər verir ki, NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin bu gün telekonfrans formatında keçirilən toplantısında Fransa və Yunanıstan xarici işlər nazirlərinin Qarabağ münaqişəsi ilə bağlı Türkiyəni tənqid etməsinə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu belə cavab verib.

Bu barədə Türkiyə diplomatik mənbələrindən “CNN Türk”ə verilən məlumatda qeyd olunub. pizza mizza

Diplomatik mənbələrdən o da bildirilib ki, NATO-ya üzv ölkələrin XİN başçıları toplantısında Türkiyənin təcrid edilməsi haqqında deyilənlər həqiqətən uzaqdır: “İclasda Yunanıstan, Fransa və ABŞ üçlüyünün Türkiyəyə yönəlmiş hücumları Almaniya, İngiltərə, İtaliya, İspaniyanın XİN başçıları tərəfindən dəstək ala bilməyib”, -  deyə bildirilib.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!