Qarabağ" Misli Premyer Liqasında "Neftçi"ni məğlub edib.
"Yeni Sabah" xəbər verir ki, XXIX turun oyunu 5:1 hesabı ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarının sayını 59-a çatdıran "Qarabağ" ikinci pillədə qərarlaşıb. "Ağ-qaralar" 44 xalla beşinci sıradadır.
Günün ilk matçında "Şamaxı" "Kəpəz"ə qalib gəlib - 2:0.
Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.
Telegram kanalımız