Ağdərə rayonunda minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbi ilə xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi) aprelin 26-da, saat 14 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Partlayış travması, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi hal-hazırda davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".
Telegram kanalımız