Bakıda 9-cu siniflərin buraxılış imtahanında İNSİDENT - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 9-cu siniflərin buraxılış imtahanında İNSİDENT - FOTO

Hadisə

26 Aprel 2026 13:09 502


Bakıda 9-cu siniflərin buraxılış imtahanı zamanı insident yaşanıb. Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir.

“Yeni Sabah” Musavat.com-a istinadən xəbər verir ki, paytaxtdakı 10 nömrəli tam orta məktəbdə imtahan zamanı şagirdlərdən (qız) birinin halı qəfil pisləşib. Hadisə ilə əlaqədar məktəbə təcili tibbi yardım briqadası cəlb olunub. Şagird imtahan zalından çıxarılaraq həkimlərin nəzarətinə verilib. Ona yerində ilkin tibbi yardım göstərilib və vəziyyəti nəzarətə götürülüb.

İlkin məlumata görə, şagirdin səhhətində yaranan narahatlığın həyəcan və ya yorğunluqla əlaqəli olduğu ehtimal edilir.

Qeyd edək ki, bu gün ölkənin müxtəlif şəhər və rayonlarında minlərlə 9-cu sinif şagirdi buraxılış imtahanında iştirak edir. İmtahan Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərini əhatə edir. Nəticələrin yaxın həftələrdə elan olunacağı gözlənilir. DİM-in məlumatına görə, 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verir.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahan binası, 41 71 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 926 imtahan rəhbəri və ümumi rəhbər, 5 197 nəzarətçi, 731 buraxılış rejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi ayrılıb.

İmtahan Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri), Laçında (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi gürcü dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!