Tramp atışma zamanı həyat yoldaşının dediyi sözləri açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Tramp atışma zamanı həyat yoldaşının dediyi sözləri açıqladı

Siyasət

26 Aprel 2026 14:17 169


ABŞ Prezidenti Donald Tramp "Washington Hilton" hotelində Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi zamanı baş verən atışma anında birinci xanım Melaniya Trampın necə reaksiya verdiyini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

D.Trampın sözlərinə görə, zalda atəş səsləri eşidiləndə onlar əvvəlcə səs-küyün mənbəyini anlamayıblar. Lakin dövlət başçısı əlavə edib ki, Melaniya təhlükəni dərhal hiss edib.

"O, bunun pis bir səs olduğunu anladı", - deyə prezident qeyd edib. D.Tramp, həmçinin baş verənlərin birinci xanım üçün ciddi stres olduğunu vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!